Əsas Səhifə > SİYASƏT > Azərbaycanda "İstilik qurğularının quraşdırılması Qaydaları" təsdiqlənib
Azərbaycanda "İstilik qurğularının quraşdırılması Qaydaları" təsdiqlənibDünən, 16:00 |
|
Energetika Nazirliyinin Kollegiyası "İstilik qurğularının quraşdırılması Qaydaları"nı təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb. Sənədə əsasən, qazanxana qurğularının quraşdırılmasına dair tələblər aşağıdakılardır: -qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı; - qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının tələblərinə cavab verməli; - qazanxana qurğuları istehsalçı zavodun texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı və istifadə olunan avadanlıq və materiallar layihədə nəzərdə tutulmuş tələblərə cavab verməli; - qazanxanalarda elektrik, qaz, isitmə və ventilyasiya qurğularının, su kəmərləri və kanalizasiya sistemlərinin birləşmələrinin kənar təsirlərdən qorunması və təhlükəsizlik məsafələrinin saxlanılması Nazirlər Kabinetinin , Energetika Nazirliyinin Kollegiyasının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun olaraq təmin edilməli; -qazanxana qurğularının işə salınmasından əvvəl təhlükəsizlik tədbirləri görülməli və kiplik sınaqları aparılmalıdır. Bundan başqa, qazanxanaların su kəmərləri və kanalizasiya sisteminin quraşdırılmasına dair tələblər aşağıdakılardır: - qazanxanaların su kəmərləri və kanalizasiya sistemi layihə sənədlərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tələblərinə uyğun quraşdırılmalı; - borular, armaturlar və digər komponentlər hermetik birləşmələrlə quraşdırılmalı; - boruların diametri, uzunluğu və yerləşməsi layihədə nəzərdə tutulan hidravlik göstəricilərin tələblərinə uyğun olmalı; - borularının daxili səthi maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı; - quraşdırma zamanı boruların keçdiyi yerlərdə konstruksiyalar yanmayan materiallarla izolyasiya edilməli, elektrik kabellərindən "Elektrik qurğularının quraşdırılması Qaydaları" ilə müəyyən edilmiş məsafədə yerləşdirilməli; - sistemin istismarı və texniki xidməti üçün baxış quyuları, təmizləmə qapaqları (lyuklar) və layihədə nəzərdə tutulmuş digər avadanlıqlar quraşdırılmalı; - quraşdırmadan sonra birləşmələr sızmaya qarşı kiplik sınaqlarından keçirilməlidir. Geri qayıt |