Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır
Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılırDünən, 14:44 |
|
Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb. Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Geri qayıt |