Əsas Səhifə > SİYASƏT > Batumi Neft Terminalı Orta Dəhlizlə aviasiya kerosini daşınmasını bərpa edib
Batumi Neft Terminalı Orta Dəhlizlə aviasiya kerosini daşınmasını bərpa edibDünən, 14:40 |
|
Gürcüstandakı Batumi Neft Terminalı səkkiz illik fasilədən sonra aviasiya kerosininin daşınmasını bərpa edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə terminalın yaydığı məlumatda bildirilib. Məlumata görə, "KazTransOil" ASC-yə məxsus Batumi Neft Terminalı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropadan Qazaxıstana JET A1 markalı aviasiya yanacağının daşınması üçün əsas logistika mərkəzlərindən birinə çevrilib. Qeyd olunub ki, 10 min ton həcmində ilk JET A1 reaktiv yanacağı partiyası Qara dəniz vasitəsilə Batumi Neft Terminalına çatdırılıb. Hazırda yük Qazaxıstana göndərilməsi üçün dəmir yolu sisternlərinin yüklənməsini gözləyir. Terminaldan bildirilib ki, aviasiya kerosininin daşınmasının bərpası Batumi Neft Terminalının logistika imkanlarını genişləndirir, Orta Dəhliz boyunca yükdaşımaların inkişafına töhfə verir və beynəlxalq təchizat zəncirlərinin dayanıqlığını gücləndirir. Batumi Neft Terminalı xam neft, mazut, dizel yanacağı, avtomobil benzini, müxtəlif növ kerosin, mayeləşdirilmiş karbohidrogen qazları və digər maye neft məhsullarının daşınmasını da həyata keçirir. Bu ilin I yarısında Batumi Neft Terminalı vasitəsilə daşınan maye neft yüklərinin həcmi təxminən 725 min ton təşkil edib. Geri qayıt |