Əsas Səhifə > Hadisə > Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb

Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb


Bu gün, 11:26


Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexinin fəaliyyəti dayandırılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən yoxlama zamanı sözügedən obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Həmin istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Geri qayıt