Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda ilin 6 ayında 1100-dən çox şəxs protezlə təmin olunub
Azərbaycanda ilin 6 ayında 1100-dən çox şəxs protezlə təmin olunubBu gün, 11:01 |
|
Azərbaycanda cari ilin birinci yarımilində əlilliyi olan 7424 şəxsi 297 min reabilitasiya vasitəsi ilə təmin edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunan reabilitasiya vasitələrindən 666-sı təkərli oturacaq (o cümlədən 18-i mühərrikli təkərli oturacaq), 1133-ü aşağı və yuxarı ətraf protezi, 1805-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 3880 cüt protez və ortopedik ayaqqabı, 608 eşitmə aparatı, 127 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Geri qayıt |