Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə hücumları nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə hücumları nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb


Bu gün, 09:59


Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, yaralananlardan üçü xəstəxanaya yerləşdirilib. "Kiyevdə düşmənin hücumu nəticəsində iki nəfər həlak olub. Paytaxtın 6 sakini xəsarət alıb. Onların arasında 16 yaşlı gənc də var. Yaralananlardan üçünü həkimlər xəstəxanaya yerləşdiriblər", – deyə Kliçko qeyd edib.

Cümə axşamına keçən gecə yerli hakimiyyət orqanları hava hücumu xəbərdarlığı elan edib. Darnitsa rayonunda raketin qalıqları yaşayış olmayan ərazidəki tikililərin üzərinə düşüb, bundan sonra yanğın baş verib. Svyatoşin rayonunda isə anbar sahələrinə zərbə endirildiyi qeydə alınıb.


Geri qayıt