Əsas Səhifə > REGİON > Türkiyədə avtobus aşıb, 46 nəfər yaralanıb
Türkiyədə avtobus aşıb, 46 nəfər yaralanıbBu gün, 09:40 |
|
Türkiyənin Amasya əyalətinin Mərzifon rayonunda ikimərtəbəli avtobusun aşması nəticəsində 46 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Bildirilib ki, İstanbuldan Ordu istiqamətində hərəkətdə olan avtobus Sarıköy yaxınlığında sürücünün idarə etməni itirməsi nəticəsində aşıb. Məlumata görə, hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə qrupları cəlb olunub. Geri qayıt |