Əsas Səhifə > SİYASƏT > Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə anım tədbiri keçirilib

Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə anım tədbiri keçirilib


Bu gün, 12:06


Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə anım tədbiri keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgül, Səfirliyin əməkdaşları, Milli Məclisin deputatları və digər rəsmilər iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib ki, Türkiyə dövlət və millət birliyi ilə 15 iyul çevrilişinə cəhd edən FETÖ terror qruplaşmasına qarşı mübarizəsini hər zaman davam etdirəcək.

Səfir ilk andan etibarən Türkiyə dövlətinin və xalqının yanında olduğunu ifadə edən Prezident İlham Əliyevə və Azərbaycam xalqına minnətdarlığını bildirib.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə həmin tarixdə baş verənləri Türkiyə dövlətinin və xalqının qəhrəmanlıq salnaməsi adlandırıb.

"Xalq və dövlət birliyi yumruq şəklində birləşdi və bu cəhd iflasa uğradı".

O, həmin proseslər zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyə dövlətinin və xalqının yanında olduğunu qeyd edib.

Daha sonra Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duranın videomüraciəti nümayiş olunub.

Videomüraciətdə Türkiyənin 15 iyul təcrübəsinin ümumbəşəri əhəmiyyət daşıdığı vurğulanıb.

Çıxışlardan sonra 15 iyul gecəsi həlak olanlar bir daha rəhmət və minnətdarlıqla anılıb.


Geri qayıt