Əsas Səhifə > ELM VƏ TƏHSİL > Məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur

Məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur


Dünən, 13:38


2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Məlumata görə, qeydiyyatla bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Valideynlərdən qəbul prosesi ilə bağlı yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə izləmələri tövsiyə olunur.

Şəffaflıq.az


Geri qayıt