Əsas Səhifə > XARİCİ XƏBƏR > Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər
Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilərBu gün, 10:07 |
|
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Min raket istifadəyə hazırdır və İran İslam Respublikasına tuşlanıb, əgər İran hökuməti dünyanın bir çox yerlərində səsləndirdiyi ABŞ-nin hazırkı Prezidentini, məni qətlə yetirmək və ya öldürməyə cəhd hədəsini yerinə yetirərsə, daha minlərlə raket dərhal onların ardınca gələcək", - Tramp bildirib. Onun sözlərinə görə, artıq müvafiq əmrlər verilib və Amerika hərbçiləri "bir il ərzində İranın bütün bölgələrini tamamilə viran qoymağa və məhv etməyə" hazırdırlar. Geri qayıt |