Əsas Səhifə > XARİCİ XƏBƏR > "Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb


Bu gün, 09:59


"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avropa ölkəsində hazırlanacaq, müharibə başa çatdıqdan sonra isə istehsal Ukraynaya köçürülə bilər.

Nəşr xəbərdarlıq edir ki, sürətli tədarük gözləməyə dəyməz. PAC-2 ələkeçiricilərinin daxili istehsal zəncirini işləyib hazırlayan Almaniya ilk raketləri 2027-ci ilin əvvəlindən tez olmayaraq Amerika istehsalçısı "Raytheon" ilə müqavilə imzalandıqdan üç il sonra istehsal edəcək.

Daha müasir PAC-3 ələkeçiriciləri istehsal edilməyəcək, çünki danışıqlar nəticə verməyib.


Geri qayıt