Əsas Səhifə > FUTBOL > "Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgilədi"
"Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgilədi"Dünən, 23:06 |
|
"Qarabağ" "Vestri" ilə oyunda keyfiyyətini nümayiş etdirib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İslandiyanın "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib. Mütəxəssis Bakıda "Qarabağ"a uduzduqları (0:3) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb: "Çətin oyun olub. Rəqib keyfiyyətini nümayiş etdirib. Futbolçularımın oyunundan məmnunam. Yaxşı müdafiə olunduq. Nəticədən razı deyiləm. Bu hesab bizi məyus edir. Sadəcə, oyunçuların əzmkarlığı məni qane etdi". O, cavab qarşılaşması haqqında da danışıb: "Bu görüşə ciddi hazırlaşmalı və keyfiyyəti artırmalıyıq. "Qarabağ"la matç komandamız üçün motivasiyadır. Bizim üçün əsas liqa oyunları daha vacibdir. Rəqib möhtəşəm oyun sərgilədi. Onlara qarşı oynamaq çətin idi. Kimlərsə təxmin edirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq". Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq. Geri qayıt |