Əsas Səhifə > SİYASƏT > Səfir Rəşad İsmayılov Azərbaycan və Oman əməkdaşlığının perspektivli istiqamətlərini açıqlayıb
Səfir Rəşad İsmayılov Azərbaycan və Oman əməkdaşlığının perspektivli istiqamətlərini açıqlayıbBu gün, 11:58 |
|
Azərbaycan və Oman investisiya əməkdaşlığının genişləndirilməsi və energetika, kənd təsərrüfatı, sənaye, logistika, səhiyyə, turizm və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensiala malikdir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılovun "Times of Oman" nəşri üçün məqaləsində qeyd olunub. Diplomat qeyd edib ki, sürətlə dəyişən dünya şəraitində davamlı beynəlxalq tərəfdaşlıqlar yalnız diplomatik əlaqələr əsasında deyil, həm də qarşılıqlı etimad, ümumi maraqlar və gələcəyə dair vahid baxış sayəsində formalaşır. Onun sözlərinə görə, Azərbaycan və Oman münasibətləri ardıcıl inkişaf edən və tədricən müasir strateji tərəfdaşlıq xarakteri alan iki dost dövlətin parlaq nümunəsidir. Səfir vurğulayıb ki, Azərbaycan və Omanı fundamental xarici siyasət prinsipləri, o cümlədən suverenliyə hörmət, beynəlxalq hüquqa, dialoqa, mötədilliyə və qarşılıqlı faydalı əməkdaşlığa sadiqlik birləşdirir: "Hazırda hər iki ölkə irimiqyaslı milli inkişaf proqramları həyata keçirir. "Oman Vision 2040" strategiyası və Azərbaycanın uzunmüddətli sosial-iqtisadi strategiyası şaxələndirilmiş, innovativ və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına yönəlib". R.İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika və enerji qovşağına çevrilib. Bu prosesdə Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Limanı, "Ələt" azad iqtisadi zonası və müasir dəmir yolu infrastrukturu əsas rol oynayır. Geri qayıt |