Əsas Səhifə > Hadisə > Baş idarə Yevlax və Lənkəranda əməliyyat keçirib, 76 kq narkotik ələ keçirilib
Baş idarə Yevlax və Lənkəranda əməliyyat keçirib, 76 kq narkotik ələ keçirilibBu gün, 09:40 |
|
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Yevlaxda əməliyyat keçirilib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, əməliyyatlarla əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar. Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib Şəffaflıq.az Geri qayıt |