Əsas Səhifə > REGİON > Rusiyanın Odesaya hava zərbələri nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb
Rusiyanın Odesaya hava zərbələri nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıbBu gün, 09:37 |
|
Rusiya qoşunları dünən Ukraynanın Odesa şəhərinə hücum edib. Şəffaflıq.az-ın məlumatına görə, Odesa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bu barədə teleqram kanalında bildirib. Onun sözlərinə görə, Rusiya hava zərbələri nəticəsində dörd nəfər həlak olub və infrastruktura ziyan dəyib. "Təəssüf ki, düşmənin bu hücumu dörd nəfərin həyatına son qoyub. İfadəsiz ağrı. Ailələrinə və dostlarına başsağlığı veririk. Daha altı nəfər yaralanıb", - Lısak yazıb. O dəqiqləşdirib ki, yaralılardan biri, 32 yaşlı kişinin vəziyyəti ağırdır. Geri qayıt |