Əsas Səhifə > Hadisə > Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb.

Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb.


Dünən, 23:20


Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, aparılan axtarışlar nəticəsində Katex çayında sel sularının gətirdiyi ağac kötüklərini yığan zaman suyun apardığı 43 yaşlı Aslan Rzayevin meyiti Katex kənd 2 saylı məktəbin arxasından keçən çaydan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

----------

Balakəndə 43 yaşlı kişini sel aparıb.

 Şəffaflıq.az APA-ya istinadən bildirir ki, Balakən rayonu Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.

Hazırda onun axtarışı davam etdirilir.


Geri qayıt