Əsas Səhifə > Hadisə > Talaçaydan sel keçir

Talaçaydan sel keçir


Bu gün, 12:59


Zaqatalada Talaçaydan sel keçir.

Şəffaflıq.az-ın məlumatına görə, yağan yağışlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli artıb.

Sel nəticəsində Yuxarı Talanın Qırğıllı adlanan ərazisində 50 metrə yaxın sahil mühafizə bəndi dağılıb.

Kəndi Meşleş kəndi ilə birləşdirən əsas körpüyə gedən yola su düşdüyündən, gediş gəliş çətinləşib. Çayın içərisindən keçən Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttlərinə ciddi ziyan dəyib, boruların müəyyən qismini sel suları yuyub aparıb.


Geri qayıt