Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Bolqarıstan və Macarıstan Ukraynaya artıq hərbi yardım göstərə bilməyəcəyini bəyan edib
Bolqarıstan və Macarıstan Ukraynaya artıq hərbi yardım göstərə bilməyəcəyini bəyan edibBu gün, 12:56 |
|
Bolqarıstan hərbi dəstək çərçivəsində Ukraynaya verə biləcəyi silah və təchizat komplektinə artıq malik deyil. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev Ankarada keçirilən NATO sammiti çərçivəsində bildirib. "Biz hərbi dəstək göstərmək imkanlarımızı tükətmişik. Mən Bolqarıstan silahlı qüvvələrinin anbarlarındakı silah və təchizat komplektlərini nəzərdə tuturam. Biz 13 partiya tədarük etmişik, Ukraynaya verə biləcəyimiz başqa heç nəyimiz yoxdur", - o qeyd edib. R.Radevin sözlərinə görə, ölkə yalnız avadanlıqların təmiri üzrə texniki yardım göstərməyə davam edə bilər. Bənzər bəyanatla Macarıstanın Baş naziri Peter Madyar da çıxış edib. O, ölkəsinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah tədarük etməyəcəyini bildirib və Ukraynanın öz ərazi bütövlüyünü qorumaq hüququna malik olduğunu qeyd edib. Geri qayıt |