Əsas Səhifə > Hadisə > Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürübBu gün, 13:53 |
|
Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb. Şəffaflıq.az xəbər verir ki, hadisə Əbrəqunus-Güznüt avtomobil yolunda qeydə alınıb. Belə ki, Culfa rayonunun Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Yusif Şakir oğlu Xudaverdiyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobil Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Muxtar Ağabala oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. Geri qayıt |