Əsas Səhifə > Hadisə > Mərdəkanda dənizdə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb
Mərdəkanda dənizdə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıbBu gün, 13:51 |
|
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir. Şəffaflıq.az Geri qayıt |