Əsas Səhifə > REGİON > Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb

Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb


Bu gün, 09:33


Türkiyənin Kırıkkale şəhərində idarəetmədən çıxan avtobus aşıb, 41 nəfər xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Xəsarət alanlar hadisə yerindən xəstəxanalara çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Baş verən yol-nəqliyyat hadisəsindən sonra avtobus sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt