Əsas Səhifə > Hadisə > Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunublar

Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunublar


Bu gün, 17:14


Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən üç nəfər həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şirvan sakinləri Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar. Bu şəxslər obyektdən 34 min manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəffaflıq.az


Geri qayıt