Əsas Səhifə > REGİON > Elbrus dağına qalxmağa çalışan alpinist həlak olub

Elbrus dağına qalxmağa çalışan alpinist həlak olub


Bu gün, 16:42


Kabardin-Balkarda (Rusiya) bir alpinist Elbrus dağına qalxarkən həlak olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin (FHN) regional Baş İdarəsinə istinadən məlumat yayıb.

"Moskva vaxtı ilə 13:10-da Elbrus dağında (təxminən 5,5 min metr hündürlükdə) dağa qalxarkən alpinistin həlak olması barədə məlumat daxil olub. Məlumat şahidlər tərəfindən verilib. Qeydiyyatı və şəxsiyyəti barədə məlumat yoxdur", - FHN-dən bildirilib.

Qeyd edilib ki, profilaktik işlərlə əlaqədar kanat yolları dayandırılıb. Alpinistin meyitinin təxliyəsi xilasedicilər tərəfindən kanat yolları işə salındıqdan sonra, axşam saatlarına planlaşdırılıb.


Geri qayıt