Əsas Səhifə > İdman > Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.Bu gün, 12:05 |
|
Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Bu abrədə Şəffaflıq.az-a Azərbaycan Atıcılıq Federasiyasından (AAF) bildirlib. Beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb. 25 metr məsafəyə tapançadan atəşaçma Qadınlar 1. Xanna Əliyeva 2. Zeynəb Sultanova 3. Nilufər Səmədli Kişilər 1. Ruslan Lunyov 2. İmran Qarayev 3. Cəfər Sultanlı 50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma 1. Əliməmməd Hüseynov 2. Nigar Ramazanova 3. Ramiz Xəlilov 50 metr məsafəyə tapançadan atəşaçma 1. Rəsul Məmmədov 2. Həqiqət Atayeva 3. Hacı Musayev 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma Kişilər 1. Hacı Musayev 2. Ruslan Lunyov 3. Oleq Kerjankin 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma Qadınlar 1. Sofiya Barxalova 2. Xanna Əliyeva 3. Nigar Nəsirova 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma 1. Ramiz Xəlilov 2. Nuranə Əliyeva 3. Elvira Allahyarova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı 1. Hacı Musayev / Xanna Əliyeva 2. Oleq Kerjankin / Xalidə Əliyeva 3. Nigar Nəsirova / Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı 1. Ramiz Xəlilov / Jalə Bayramova 2. Zahid Sofiyev / Nigar Ramazanova 3. Əliməmməd Hüseynov / Elvina Əfsanə Qeyd edək ki, AAF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Kompleksində keçirilən çempionatın sonunda mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar. Ölkə çempionatı həm milli komandanın heyətinin formalaşdırılması, həm də idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlıq səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Geri qayıt |