Əsas Səhifə > Hadisə > Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıbBu gün, 09:32 |
|
Zaqatalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə gecə radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb. Belə ki, "Tofaş" və BMW markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov və BMW-nin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Lakin xəsarətləri ağır olan O.Orucov xəstəxanada ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Geri qayıt |