Əsas Səhifə > FUTBOL > FİFA Baloqana DÇ-2026-nın 1/8 finalında oynamağa icazə verib
FİFA Baloqana DÇ-2026-nın 1/8 finalında oynamağa icazə veribDünən, 23:35 |
|
FIFA-nın İntizam Komitəsi ABŞ yığmasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırıb və ona dünya çempionatının 1/8 matçında Belçika seçməsi ilə qarşılaşmada oynamağa icazə verib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə "The Athletic" məlumat yayıb. Baloqan Bosniya və Herseqovina yığması ilə 1/16 final matçında (2:0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Hazırkı qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi. Lakin FİFA İntizam Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq, bir oyunluq diskvalifikasiya bir illik sınaq müddəti ilə əvəz edilib. "Əgər futbolçu bu müddət ərzində oxşar xarakterli və ağırlıqlı qayda pozuntusuna yol verərsə, diskvalifikasiya yeni qayda pozuntusuna görə tətbiq edilən əlavə sanksiyalara xələl gətirmədən həyata keçiriləcək", - açıqlamada bildirilir. Geri qayıt |