Əsas Səhifə > XARİCİ XƏBƏR > Netanyahu ölkəsi ilə ABŞ arasında İran da daxil olmaqla siyasi məsələlərdə fikir ayrılığının olmadığını bildirib.
Netanyahu ölkəsi ilə ABŞ arasında İran da daxil olmaqla siyasi məsələlərdə fikir ayrılığının olmadığını bildirib.5-07-2026, 23:32 |
|
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsi ilə ABŞ arasında İran da daxil olmaqla siyasi məsələlərdə fikir ayrılığının olmadığını bildirib. Şəffaflıq.az-ın məlumatına görə, o, bu barədə "Fox News" telekanalının efirində deyib. "Düşünmürəm ki, fikir ayrılıqları var", - Netanyahu iki ölkə arasındakı münasibətlərdən danışarkən bildirib. Onun sözlərinə görə, İsrail ABŞ-nin nümunəvi müttəfiqidir, çünki həqiqətən Vaşinqtonla çiyin-çiyinə mübarizə aparır. "Düşünürəm ki, əsl sual İranla bağlı fərqli məqsədlərimizin olub-olmamasıdır. Cavab - "yox", - Baş nazir vurğulayıb. O qeyd edib ki, İsrail və ABŞ İranın nüvə silahı proqramından imtina etməsinə, zənginləşdirilmiş materialları çıxarmasına və uran zənginləşdirmə qurğularını sökməsinə çalışır. "Bizim başqa ortaq məqsədlərimiz də var", - Netanyahu əlavə edib. Geri qayıt |