Əsas Səhifə > REGİON > İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkənin mərhum ali rəhbəri Əli Xameneinin qisası alınacaq.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkənin mərhum ali rəhbəri Əli Xameneinin qisası alınacaq.


Bu gün, 09:43


İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkənin mərhum ali rəhbəri Əli Xameneinin qisası alınacaq.

Şəffaflıq.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, o bu barədə müsahibəsində bildirib.

"Şəhid imamımızın intiqamı – Qüdsün azad edilməsidir və bunun üçün biz Livanı qorumalıyıq, şüarlarla intiqam almaq olmaz. Bizim düşmənimiz (İsrail) güc dilindən başqa dil başa düşmür və biz onu güclə qarşılamalıyıq", - o bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Bundan sonra sənədin bəndləri ilə bağlı İsveçrədə danışıqlar aparılsa da, Hörmüz boğazına nəzarət tam razılaşdırılmayıb, çünki tərəflər arasında toqquşmalar baş verib.


Geri qayıt