Əsas Səhifə > Elm Təhsil > Astronomlar Qalaktikanın mərkəzində yeni qara dəlik kəşf etdilər — FOTO

Astronomlar Qalaktikanın mərkəzində yeni qara dəlik kəşf etdilər — FOTO


19-01-2019, 23:55
 

Alimlər Süd Yolu qalaktikasının mərkəzində sirli, gözəgörünməyən və ulduzlararası hərəkət edən obyekt kəşf ediblər.

Şəffaflıq.az xəbər verir ki, obyektin kütləsi Günəşin kütləsindən 32 min dəfə çoxdur.
Məsələ ilə bağlı Yaponiyadakı Naqano radio-astronomik rəsədxananın mütəxəssisi Syünya Takekava açıqlama verib:
“Mən ilk dəfə ALMA teleskopundan əldə edilən məlumatları görəndə çox sevindim. Qaz buludu kosmosun bu hissəsində qeyri-nizamlı yox, hansısa orbitlər üzrə hərəkət edirdi. Bu isə böyük çəkisi olan böyük, gözəgörünməz obyektin olduğundan xəbər verir”.
Kainatın yaranmasının ilk dövrlərinin müşahidəsi göstərir ki, Günəşdən bir neçə milyard dəfə ağır olan qara dəliklər o vaxt da mövcud olub.

 
"Ölkə.az"
Geri qayıt