Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Sakit okeanda gəmi əleyhinə yeni "LRASM" raketini sınaqdan keçirib
ABŞ Sakit okeanda gəmi əleyhinə yeni "LRASM" raketini sınaqdan keçiribBu gün, 10:17 |
|
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) "B-2 Spirit" strateji bombardmançı təyyarəsi Sakit okean akvatoriyasında keçirilən təlimlər zamanı ən yeni uzunmənzilli gəmi əleyhinə "LRASM" raketi vasitəsilə hədəf gəmini məhv edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Qlobal Zərbə Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb. "Təyyarə böyük məsafələrdə strateji obyektlərə zərbə endirmək qabiliyyətini təsdiqləyib", - komandanlıq qeyd edib və dəqiqləşdirib ki, hazırda "LRASM" raketi ABŞ Silahlı Qüvvələrinin potensial rəqiblər üzərində həlledici üstünlüyü təmin edən uzaqmənzilli dəniz zərbə əməliyyatlarının yeni ən mühüm elementinə çevrilib. Fəaliyyət mənzili 800 km olan raketin sınaq buraxılışı Marian adalarından şimalda yerləşən ərazidə həyata keçirilib. "B-2" strateji bombardmançı təyyarəsindən "LRASM" raketinin buraxılışı iyunun 22-dən iyulun 1-dək Marian adaları, Quam və Yaponiya zonasında keçirilən "Valiant Shield 26" manevrləri çərçivəsində baş tutub. Geri qayıt |