Əsas Səhifə > XARİCİ XƏBƏR > Pavel Radomski Bakıda keçirilən "Türk Dünyası Həftəsi"ni yüksək qiymətləndirib
Pavel Radomski Bakıda keçirilən "Türk Dünyası Həftəsi"ni yüksək qiymətləndiribDünən, 23:06 |
|
Polşanın Azərbaycandakı səfirliyi Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"ndə iştirak edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Elm və diplomatiyanın qovuşduğu nöqtədə vacib görüşlər keçirilib", - paylaşımda bildirilib. Qeyd olunub ki, səfir Pavel Radomski Azərbaycanda keçirilən konfransda iştirak edən Polşa universitetlərinin nümayəndələri ilə görüşüb: "Səfir professor Eva Siemieniec-GoLas, doktorlar Jan Rogala və Şəhla Kazımova ilə görüşüb". Xatırladaq ki, P. Radomski Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını da (WUF13) yüksək qiymətləndirib. Geri qayıt |