Əsas Səhifə > REGİON > Maskatda Hörmüz boğazı üzrə İran-Oman birgə komitəsinin ilk iclası baş tutub
Maskatda Hörmüz boğazı üzrə İran-Oman birgə komitəsinin ilk iclası baş tutubBu gün, 11:48 |
|
Maskatda (Oman) İran və Omanın Hörmüz boğazı üzrə birgə komitəsinin ilk iclası keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Maskata səfər zamanı Omanın xarici işlər üzrə dövlət naziri Əbdüləziz əl-Hinai ilə Hörmüz boğazı üzrə birgə komitənin ilk iclası baş tutub. Boğazla bağlı cari məsələlərin müzakirəsi zamanı biz İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi çərçivəsində boğazın gələcək idarəçiliyi və sahilyanı dövlətlərin suveren hüquqları barədə fikir mübadiləsi apardıq", - o qeyd edib. Geri qayıt |