Əsas Səhifə > REGİON > ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endiribBu gün, 10:04 |
|
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, komandanlıq bu barədə bəyanat yayıb. Belə ki, ABŞ təyyarələri İranın raket və dron anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib. Bu, İranın 25 iyunda Sinqapur bayrağı altında üzən "M/V Ever Lovely" yük gəmisinə kamikadze dron hücumundan sonra baş verib. Komandanlıq mülki gəmiyə edilən hücumun atəşkəs rejiminin və naviqasiya azadlığının pozulması olduğunu bildirib. Qurum əlavə edib ki, Amerika qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla razılaşmalara əməl olunmasına nəzarət etməyə davam edir. Geri qayıt |