Əsas Səhifə > FUTBOL > "Neftçi" slovakiyalı hücumçunu transfer edib
"Neftçi" slovakiyalı hücumçunu transfer edibBu gün, 09:54 |
|
"Neftçi" klubu slovakiyalı hücumçu Lyubomir Tuptanı transfer edib. Şəffaflıq.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə "2+1" illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək. Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir Tupta sonuncu klubu AEL-də 2025/2026 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş futbolçu 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib. Geri qayıt |