Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Zaporojyedə qazpaylayıcı yarımstansiyaya zərbə endirib

Rusiya Zaporojyedə qazpaylayıcı yarımstansiyaya zərbə endirib


Bu gün, 12:48


Rusiya "Geran" pilotsuz uçuş aparatı vasitəsilə Ukraynanın Zaporojye vilayətinin Lütserna yaşayış məntəqəsi yaxınlığındakı qazpaylayıcı yarımstansiyaya zərbə endirib.

Şəffaflıq.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Rusiya Müdafiə Nazirliyinin iddialarına görə, zərbə hədəfə dəyib.

Nazirlik qazpaylayıcı yarımstansiyaya endirilən zərbənin kadrlarını da yayımlayıb.


Geri qayıt