Əsas Səhifə > REGİON > Ukrayna PUA-larla Nijeqoroda zərbə endirib, ölənlər var

Ukrayna PUA-larla Nijeqoroda zərbə endirib, ölənlər var


Bu gün, 11:31


Rusiyanın Nijeqorod vilayətinə pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Qleb Nikitin bildirib.

O qeyd edib ki, ölkənin Hava Hücumundan Müdafiə vasitələri gecə satlarından bəri PUA hücumunun dəf edilməsi zamanı Ukrayna Silahlı Qüvvələrinin 23 dronunu məhv edib.

Q.Nikitin sözlərinə görə, ilkin məlumatlara əsasən, bir sənaye obyekti, bir neçə avtomobil və yaşayış evi zədələnib. Bununla yanaşı o, sənaye infrastrukturuna kritik zədələnmələrin olmadığını qeyd edib.


Geri qayıt