Əsas Səhifə > HƏRBİ > Azərbaycanla Pakistan arasında hərbi əlaqələrin davamlı inkişafı müzakirə edilib

Azərbaycanla Pakistan arasında hərbi əlaqələrin davamlı inkişafı müzakirə edilib


Bu gün, 11:02


Pakistan Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti Azərbaycana səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pakistanlı nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti və dinləyicilərə "Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar" mövzusunda brifinq təqdim olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Şəffaflıq.az


Geri qayıt