Əsas Səhifə > REGİON > Polşa Prezidenti Türkiyəyə səfərə gəlib
Polşa Prezidenti Türkiyəyə səfərə gəlibDünən, 09:46 |
|
Polşa Prezidenti Karol Navrotski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib. Bu barədə Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir. Qonağı Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və digər rəsmi şəxslər qarşılayıb. Səfər çərçivəsində Türkiyə - Polşa münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar müzakirə ediləcək. Türkiyə və Polşa rəsmilərinin keçirəcəkləri görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Geri qayıt |