Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar varDünən, 09:42 |
|
Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Koroğlu prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi "Mercedes-Benz C180" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il təvəllüdlü Leyla Maluni və 1999-cu il təvəllüdlü İlkin Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |