Əsas Səhifə > SİYASƏT > İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıq
İlham Əliyev: Azərbaycanı beynəlxalq daşımalar qovşağına çevirmək üçün çalışırıqBu gün, 10:34 |
|
Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır. Şəffaflıq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir: "Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarına xidmət edir". Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır: "Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək". Geri qayıt |