Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Ağdərə sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Ağdərə sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilibBu gün, 15:41 |
|
Ağdərə rayonunun sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, tədbir Həsənriz, Vəngli və Çıldıran kəndlərinə qayıdan ailələr arasında keçirilib. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilib. Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. Geri qayıt |