Əsas Səhifə > İdman > AVRO-2020: Pley-off üç aydan sonra keçiriləcək

AVRO-2020: Pley-off üç aydan sonra keçiriləcək


17-03-2020, 21:50

 

2021-ci ilə təxirə salınan AVRO-2020-nin pley-off mərhələsinin oyunlarının da vaxtı dəyişdirilib.

Şəffaflıq.az apasport.az-a istinadən xəbər verir ki, final mərhələsinə sonuncu 4 vəsiqənin sahibi bu ilin iyununda bəlli olacaq.

Martda keçirilməli olan qarşılaşmaların üç ay sonra baş tutması koronavirus pandemiyası ilə bağlıdır. Bu raundda Millətlər Liqasından pley-offa yüksələn komandalar çıxış edəcək.

Azərbaycan millisinin mübarizə apardığı D liqasının komandalarından Şimali Makedoniya - Kosovo  və Gürcüstan – Belarus oyunları iyunun 2-də, bu cütlərin qalibləri arasında həlledici matç 4 gün sonra keçiriləcək.
Geri qayıt