Əsas Səhifə > Hadisə > Masallıda 69 yaşlı qadın balta ilə qətlə yetirilib
Masallıda 69 yaşlı qadın balta ilə qətlə yetirilibBu gün, 12:50 |
|
Masallı rayonunda 69 yaşlı yaşlı qadın balta ilə öldürülüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. 1957-ci il təvəllüdlü Elmira Əmənovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin ehtimala əsasən, hadisə qarət məqsədi ilə törədilib. Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır. Geri qayıt |