Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Macarıstanda iki yol qəzasında səkkiz əcnəbi ölüb

Macarıstanda iki yol qəzasında səkkiz əcnəbi ölüb


Bu gün, 12:44


Macarıstanın Dyor şəhəri yaxınlığında baş verən iki yol qəzasında səkkiz xarici vətəndaş ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Macarıstan mediası məlumat yayıb.

Məlumata görə, ilk hadisədə yük avtomobili tikinti texnikası ilə toqquşub, nəticədə yanğın baş verib, sürücü isə hadisə yerində ölüb.

Daha sonra mikroavtobus həmin qəzaya görə dayanan başqa bir yük avtomobili ilə toqquşub. Avtobusda doqquz nəfər olub, onlardan yeddisi hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Polis mikroavtobus və yük avtomobilinin Moldova dövlət nömrə nişanlı olduğunu bildirib.


Geri qayıt