Əsas Səhifə > FUTBOL > Dünya çempionatları tarixində təmsilçiləri ən çox qələbə qazanan konfederasiyalar müəyyənləşib
Dünya çempionatları tarixində təmsilçiləri ən çox qələbə qazanan konfederasiyalar müəyyənləşibBu gün, 12:35 |
|
Dünya çempionatları tarixində təmsilçşiləri ən çox qələbə qazanan qitə konfederasiyaları müəyyənləşib. Şəffaflıq.az FIFA-ya istinadən xəbər verir ki, qələbə sayına görə UEFA-nı təmsil edən komandalar ümumilikdə 808 matçda 468 qələbə qazanaraq ilk sırada yer alıblar. Avropa təmsilçilərinin keçirdiyi görüşlərin 188-i heç-heçə, 152-si isə məğlubiyyətlə başa çatıb. UEFA zonasında qələbə sayına görə Almaniya (68) liderdir. Növbəti sıralarda İtaliya (45), Fransa (39), İngiltərə (32), İspaniya (31), Niderland (30), Belçika (21), Rusiya (19), İsveç (19), Serbiya (18), Polşa (17), Portuqaliya (17), Macarıstan (15), İsveçrə (14), Xorvatiya (13), Çexiya (12), Avstriya (12), Danimarka (9), Rumıniya (8), Türkiyə (5), Şotlandiya (4), Bolqarıstan (3), Şimali İrlandiya (3), Şərqi Almaniya (2), Yunanıstan (2), Norveç (2), İrlandiya Respublikası (2), Ukrayna (2), Bosniya və Herseqovina (1), Slovakiya (1), Sloveniya (1) və Uels (1) qərarlaşıblar. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) təmsilçiləri 358 oyunda 185 qələbə ilə ikinci sıradadır. Bu qitənin komandaları 73 heç-heçə edib və 100 dəfə məğlub olublar. CONMEBOL regionunda Braziliya 76 qələbə ilə liderdir. Argentina 47, Uruqvay 25, Çili 11, Kolumbiya 9, Paraqvay 7, Ekvador və Peru isə hərəyə 5 qələbəyə imza atıblar. Afrika Futbol Konfederasiyasına (CAF) daxil olan komandalar ümumilikdə keçirdikləri 162 matçda 37 qələbə, 41 heç-heçə və 84 məğlubiyyətlə üçünçü pillədə yer alıblar. Regionda Nigeriya 6 qələbə ilə liderdir. Kamerun, Qana, Mərakeş və Seneqal hərəyə 5, Əlcəzair, Kot-d'İvuar və Tunis hərəyə 3, Cənubi Afrika Respublikası isə 2 qələbəyə malikdir. Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) komandaları 152 qarşılaşmada 34 qələbə qazanıblar, 33 heç-heçə ediblər və 85 məğlubiyyətlə üzləşiblər. Bu konfederasiyaya daxil olan millilərdən Meksika 17, ABŞ 9, Kosta-Rika 6, Kuba və Yamayka isə hərəyə 1 qələbə qazanıblar. Asiya Futbol Konfederasiyası (AFC) təmsilçilərinin meydana çıxdığı 136 oyunda 25 qələbə, 26 heç-heçə və 85 məğlubiyyət qeydə alınıb. Bu göstəriciyə görə 5-ci yerdə olan Asiya qitəsində Yaponiya və Cənubi Koreya hərəyə 7, Səudiyyə Ərəbistanı 4, Avstraliya və İran hərəyə 3, Şimali Koreya isə 1 qələbə qazanıb. Okeaniya Futbol Konfederasiyasının (OFC) komandaları isə mundialda meydana çıxdıqları 13 oyunda 1 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət göstəricisinə malikdir. Avstraliya yığması 1974 və 2006-cı illərdə Almaniyada keçirilən dünya çempionatlarında OFC-ni təmsil edib və bu müddətdə cəmi 1 qələbə qazanıb. Komanda daha sonra AFC-nin tərkibinə keçib. Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Geri qayıt |