Əsas Səhifə > REGİON > Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində sükut günü başlayıb

Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində sükut günü başlayıb


Bu gün, 09:04


Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində partiya və blokların təşviqat aparmasının qadağan olunduğu sükut günü başlayıb.

Şəffaflıq.az  xəbər verir ki, qadağa Ermənistan vaxtı ilə gecə yarısında qüvvəyə minib.

Ölkə qanunlarına görə, bu gün seçki subyektlərinin liderləri və nümayəndələrinə tərəfdarları ilə görüşlər keçirmək, mediada və sosial şəbəkələrdə təşviqat materialları dərc etmək, televiziya və radioda çıxış etmək qadağandır.

Şəhər küçələrində artıq asılmış bannerlər və plakatlar qala bilər; onların yığışdırılması qanunla tələb olunmur. Sükut günündə seçkilərdən əvvəl son hazırlıq işləri də seçki məntəqələrində aparılacaq. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə qutuları və lazımi avadanlıqlar quraşdıracaqlar. Ənənəvi olaraq, seçki məntəqələrinin xeyli hissəsi təhsil müəssisələrində yerləşir.

Ekspertlərin və ölkədə aparılan sosioloji araşdırmaların nəticələrinə görə, "Güclü Ermənistan" blokunun lideri, iş adamı Samvel Karapetyan seçkilərdə hazırkı Ermənistanın baş naziri Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" partiyasının əsas rəqiblərindən biri olacaq.


Geri qayıt