Əsas Səhifə > Hadisə > Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var


Bu gün, 15:27


Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Zil" markalı yük və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət aldığı bildirilən dörd nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt