Əsas Səhifə > SİYASƏT > Cəfər Hüseynzadə NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində olub

Cəfər Hüseynzadə NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində olub


Bu gün, 15:20


Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzini ziyarət edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

C.Hüseynzadə ziyarət çərçivəsində həmçinin Mərkəzin direktoru Gytis Kazokas ilə görüşüb.

Görüş zamanı Azərbaycanın NATO-dakı nümayəndəsinə Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.


Geri qayıt