Əsas Səhifə > İnfrastruktur > Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilibBu gün, 16:37 |
|
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur. Şəffaflıq.az Geri qayıt |