Əsas Səhifə > İnfrastruktur > Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq

Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq


Bu gün, 13:53


Sərsəng Su Anbarının yenidən qurulmasına bu il başlanılacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədr müavini İlham Quliyev jurnalistlər üçün təşkil olunmuş mediatur zamanı deyib.

İ.Quliyev bildirib ki, Sərsəng təkcə su anbarından ibarət deyil, iri hidrotexniki kompleksdir: "Anbarın ümumi həcmi 560 milyon kubmetr, faydalı həcmi isə 500 milyon kubmetrdir. Kompleksə 50 MVt gücündə su elektrik stansiyası, Suqovuşan Su Anbarı və hidroqovşağı, həmçinin Suqovuşan və Tərtərçay magistral kanalları daxildir".

O qeyd edib ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, eləcə də Tərtərçay magistral kanalının və sol sahil kanalının əsaslı təmiri həyata keçirilib: "Sağ sahil kanalının minalardan tam təmizlənməsindən sonra onun da əsaslı təmiri aparılacaq".


Geri qayıt